Təbrik:Polkovnik leytenat Natiq İbrahimov -60






    İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti  və vətənpərvərliyi ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün  22 - ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş – istefada  olan polkovnik -leytenant  İbrahimov Natiq  Şamil oğlunun  aprel ayının 29 -da dünyaya göz acdəğı gündür.

  Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, istefatda olan polkovnik- leytenant  İbrahimov Natiq Şamil oğlunu doğum günü münasibətilə  Daxili işlər Nazirliyi  (Din-in)  Daxili  Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri,doğmaları və iş yoldları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin  nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Natiq qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin .
   
  Polkovnik - leytenant  İbrahimov Natiq Şamil oğlu  1964 -cü ildə  Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Tumaslı  kəndində  zəhmətkeş ailədə anadan olub.
1981- ci ildə  Şərur rayonun Tumaslı kənd orta məktəbi,  1986- cı  ildə  Azərbaycan Politexnik İnstitunu,  1989 -cu ildə isə Marksizm və Leninzim Ünverstetini  bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsində  və    Naxçıvan Muxtar Respublikasının  Əlahiddə Ümum  Qoşun  Ordusunda   və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, hərbi və   xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.  Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankarara, İstanbul,  İzmir (Foce) və Igdır şəhərində  yerləşən hərbi hissələrində və hərbı məktəblərdə  işgüzar səfərdə olub.
1989- 1990 - ci illərdə  Sovet Ordusunun  Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən hərbi hissələrin  birində taqım komandiri vəzifəsində olub.
  1995- 2015 -ci illərdə i  Daxili Qoşunların Baş İdarəsinin  Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində  və Bərdə rayonunda yerləşən    hərbi  hissələrdə  xüsusi təyinatlı taqım komandiri,  tərbiyə bölməsində baş  təlimatçı , hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili  qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların  tələblərinə və  vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili Qoşunlara  həvalə olunmuş tapşrıqların yerinə  yetirilməsində, şəhərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində , qəzalar, yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər və başqa hərbi  (fövqəladə) vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.
     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş  nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Səmərəli və məqsədyönlü fəaliyyəti ilə xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  «Qusursuz xidmətə görə»  1-ci ,2-ci və 3-cü dərəcəli, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin» isə  10 -illiyi və 90-illiyi yubiley medalları ilə təltif  olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NATİQ !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və    Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages