Təbrik: Polkovnik leytenat Faiq Alsoinov-55




Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili QoşunlarınBaş İdarəsinin və Daxili işlər nazirliyi  Baş Əməliyyat  və Statisik İnfarmasiya İdarəsinin həyatında öz dəst - xətti  və xüsusi xidmətləri  olan,yüksək  peşəkarlığı,dərin zəkası, səmimiyyəti,sadəliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,işgüzarlığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, Əfqanıstan Demokratik Respublikasının və Azərbaycan Respublikasının müharibə veteranı -ehtiyatda olan polis polkovnik leytenatı   Alsoinov Faiq  Əlibala oğlunun  aprel ayının 19- da dünyaya göz acdığı gündür.
 Faiq Əlibala   oğlu Alsoinov 1969 -ci ilin aprel ayının 19-da Gürcüstan  Respubilkasının Laqodexi rayonunun  Uzuntala  kəndində  zəhmətkeş ailədə anadan olub.
Faiq Alsoinov 1987-ci ildə Gürcüstan Respublikasının Laqodexi rayonun Uzuntala kənd orta məktəbi, 2000-ci ildə isə Azərbaycan Respubilkası Daxili işlər nazirliyinin Polis Akademiyasını bitrib. 

Faiq Alsoinov 1988-1999-cu illərdə   SSRİ Silahlı Qüvvələrin  Əfqanıstan Demokratik Respublikasında  yerləşən hərbi hissələrin  birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
  1992-2003-cü illərdə Daxili Qoşunların  Baş İdarəsində müxtəlif  vəzifələrdə,2003-2017-ci illərdə isə Daxili işlər nazirliyin Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsində  bölmə rəisi vəzifələrində Millətə,Dövlətə, Vətənə  və Xalqa sədaqətlə xidmət etmişdir.
  Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,Əfqanıstan  və Azərbaycan  Respubilkasının Müharibə veteranı- ehtiyatda olan polis polkovnik leytenatı Alsoinov Faiq Əlibala oğlunu doğum günü münasibətilə Daxili Qoşunların   ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları,  iş  və doyüş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Faiq müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcürbəli zabit, qayğıkeş insan kimi  göstərən polkovnik leytenat Alsoinov Faiq Əlibala oğlu  Daxili işlər nazirliyin müvafuq strukturlarında müxtəlif vəzifələrdə  xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın), hərbi, daxili qoşunların döyüş xidməti, daxili işlər nazirliyin isə post patrul xudməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericilikilə müəyyən olunmuş qayda da Daxil işlər nazirliyin Daxili Qoşunlarına, Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsinə   həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,fövqalədə hallar  (hərbi  vəziyyət və komendatsaatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hərbi və polis yoldaşları Faiq Alsoinovu  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.Faiq müəllim istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi və polis intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət etdiyi dövrlərdə digər xudmətlərinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qoşunlar Komandanın, Baş Əməliyyat və Statistik İnformasiya  rəisinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı   və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla,fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
 
İctimai asayişin tımin edilməsində,cinayətkarlığa qarşı mübarizədə,hüquq qaydasının möhkəmləndirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində,  öz xidməti  vəzifələrinin yerinə yetirilməsində polis polkovnik leytenatı Alsoinov Faiq Əlibala oğlu xüsusi  fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
2."Qüsursuz xidmətə görə” 2 -ci  dərəcəli medal – Azərbaycan Polisində   10 təqvim ili  qüsursuz  xidmətə görə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10- illiyi  (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Polisinin 90 illiyi (1918-2008)”  yubiley medalı ilə.
Faiq Əlibala oğlu  Alsoinov Əfqanıstan xalqı adından “Beynəlmiləçi-döyüşcü”  minatdarlıq  medalı ilə təltif olunub.
 FAİQ MÜƏLLM ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
 55 YAŞIN MÜBARƏK OLSUN!
     BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages