Ömərova Həmidə Məmməd qızı Azərbaycan kino və teatr aktrisası, Azərbaycanın xalq artisti, dosent ad günüdür




Həmidə Ömərova 25 aprel  Bakıda müəllim ailəsində anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur.

Həmidə Ömərova "Qızıl uçurum" filmində
Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır.

Mükafatları və fəxri adları 

1986 — Respublika Lenin Komsomolu mükafatı laureatı.
1988 — Azərbaycan Respublikasının Əməkdar artisti.
2005 — Azərbaycan Respublikasının Xalq artisti.
2010 — Cəfər Cabbarlı mükafatı.
Teatr səhnəsindəki rolları Redaktə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Redaktə
Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Hasarın o üzü Humay 21 dekabr 2013 Bəhram Osmanov ƏEli ƏEmirli
Azərbaycan Teatr Xadimləri İttifaqı Redaktə
Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Stullar Semiramida 19 dekabr 2016 İlkin Mehdiyev Ejen İonesko
Filmoqrafiya 

Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — aktyor (rol: Çinarə); dublyaj (Çinarə)
Arşınmalçı (film, 1985)
Azərbaycan çayı (film, 2003)
Babamızın babasının babası (film, 1981)
Bayramda yağış (film, 1985)
Bəyaz həyat (film, 2003)
Bir axşam... (film, 1985)
Bir ailəm var (teleserial, 2013)
Burulğan (film, 1986)
Cərrahiyyə əməliyyatı (film, 1988) – Dilşad
DHD (film, 1982)
Doğma sahillər (film, 1989)
Dronqo (teleserial, 2002) – Elmira. Moskva, "NTV+"
Əzablı yollar (film, 1982)
Fikirləşmək lazımdır (film, 1980)
Gecə qatarında qətl (film, 1990)
Gümüşü furqon (film, 1982)
Günaydın, mələyim! (film, 2008)
Güzgü (film, 1990)(I)
Həmidə Ömərova (film, 2003)
Humayın yuxusu (film, 1985)
Kallıq (film, 1981)
Qafqaz (film, 2007)
Qəzəlxan (film, 1991)
Qızıl uçurum (film, 1980)
Qorxma, mən səninləyəm (film, 1981)
Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
Qorxulu oyunlar (film, 1992) – Mərhəmət
Mən onun xoşuna gəlirəm (film, 1985) – Məhəbbət
Müqəddəs oda yanaram (film, 1991)
Musiqi müəllimi (film, 1983)
Nizami (film, 1982)
Ölsəm... bağışla (film, 1989)
Otel otağı (film, 1998)
Özgə ömür (film, 1987)
Retro (veriliş)
Seans (veriliş, 2007)
Susmuş vicdan (film, 2010)
Şeytan göz qabağında (film, 1987)
Şirbalanın məhəbbəti (film, 1991)
Tənha durna uçuşu (film, 2003)
Təxribat (film, 1990)
Ultionis
Üzeyir ömrü (film, 1981)
Vah!.. (film, 1980)
Yol əhvalatı (film, 1980)
Zendane Div (film, 1993) (İran) – Nuriyə
Zəli (film, 2003)
Zaman adli qatar (film, 2016) - Sənubər

Hiç yorum yok:

Yorum Gönder

Pages