Elmira Süleymanova ilə vida mərasimi keçirilir - YENİLƏNİR



Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

Bakmiltv.info xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutur.

14:10

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.

Bu barədə Bakmiltv.info-ya onun yaxınları məlumat veriblər.

Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.

Dursun Tağıyeva

Hiç yorum yok:

Yorum Gönder

Pages