Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO



Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova dəfn edilib. 

Bakmiltv.info xəbər verir ki, o, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

15:06

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilib.

Bakmiltv.info xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutub.

E.Süleymanova dəfn üçün İkinci Fəxri xiyabana aparılır.

Qeyd edək ki, E.Süleymanova uzun sürən xəstəlikdən sonra vəfat edib.

14:56

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. 

Bakmiltv.info xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq.

14:27

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

Bakmiltv.info xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutur.

14:10

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.

Bu barədə Bakmiltv.info-ya onun yaxınları məlumat veriblər.

Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid, Dursun Tağıyeva

Hiç yorum yok:

Yorum Gönder

Pages