Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun dogum günüdür



Daxili İşlər Nazirliyinin baş leytenantı olan Mikayıl Cəbrayılov 15 dekabr 1990-cı il tarixində Kosalar kəndindəki əhali üçün ayrılmış taxılı gətirməyə gedən zaman pusquya düşüb və erməni terrorçuları ilə baş verən silahlı qarşıdurma zamanı qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində anadan olub. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. Daha sonra Milis məktəbini bitirirərək leytenant rütbəsi alıb. 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz, Nazim, Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunub.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Hiç yorum yok:

Yorum Gönder

Pages