10 Aprel - İnşaatçılar Günüdür



10 Aprel - İnşaatçılar Günü Azərbaycanda 2009-cu ildən qeyd olunur. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə “İnşaatçılar günü”nün təsis edilməsi inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyərin göstəricisidir.
Ən qədim peşələrdən sayılan bu sahə yerin üstü kimi, altında da daim aktual, mühüm mövqe tutur. İctimai sərnişindaşımada vacib rol oynayan metropolitenin inşaatçıları peşə bayramını məhz yerin altında qeyd edirlər.
Bakı metropoliteninin hər gün minlərlə sərnişinə yüksək səviyyədə xidmət göstərməsi məhz metro tikintisində gecə-gündüz demədən çalışan insanların əməyinin nəticəsidir.
Metro inşaatçıları ötən ilin sonlarını da xüsusi bayram kimi qeyd etdilər. Məhz azərbaycanlı zəhmətkeşlərin əməyi sayəsində müstəqillik tariximizin ilk - “Xocəsən” elektrik deposu və “Xocəsən” stansiyası istismara verildi. Növbəti mərhələlərinin tikintisi bu gün də davam etdirilən “Xocəsən” elektrik deposu ilə yanaşı, inşaatçılarımız böyük səylə Bənövşəyi xəttin şərti adı “B-04” olan stansiyasının da tikintisini aparırlar.
Tarixən Bakının ağır hidrogeolojj şəraitində yeni yeraltı sarayların tikintisində fədakarlıq, qəhrəmanlıq nümunələri göstərmiş metro inşaatçılarının bugünkü nəsli də yorulmadan yüksək peşəkarlıqla çalışır, yeni əmək uğurlarına doğru addımlayırlar.

Əziz inşaatçılar, peşə bayramınız mübarək!

Hiç yorum yok:

Yorum Gönder

Pages