Təbrik: Tibb Üzrə Fəlcəfə Doktoru, Ümumi Cəhrrah həkim, mayor Ayaz Məmmədov-47



İnsan ücün yada qalan tarixlərdən biri onun doğum günüdür Belə insanlardan biri də, yüksək həkim peşəkarlığı, dərin zəkası, humanistli yi,dəqiqliyi, təmkinliyi vətənpərvərliy,sadəliy ,səmimiyyəti, işgüzarlı ğı və insanpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbı xidmət də və tibb müəsələrində hərbi və mülkü həkim kimi keçirən, hal-hazırda Sabuncu rayonunun ərazisində yerləşən Plastik və Rekonstru ktiv Cərrahiyyə klinikasında Baş həkım vəzifəsində calışan,tibb üzrə fəlsəfə doktoru, ümüm cərrah və peşəkar həkim - ehtiyatda olan tibb xidməti mayoru Məmmədov Ayaz Müzəffər oğlunun dekabr ayının 24-də dünyaya göz acdığı gündür.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Xüsusi Dövlət Mühafi zə Xidmətində tibb xidməti sahəsində özünə məxsus yeri olan, vətənsevər daimi həyatın bütün snaq larından ləyaqətlə və üzüağ çıxan- ehtiyatda olan tibb xidməti mayoru Ayaz Məmmədovu doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,həkim yoldaşları,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətl ər arzu edib deyirlər, Ayaz həkimin yaşının üstə gələn bu yaş da ona sevincdolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşdura raq daha da xoşbəxt etsin.

Vətənə, Xalqa şərəflə xidmət etmiş sadə və təvazükar insan, zəngin mənəviyyat sahibi tibb xidməti mayoru Ayaz Müzəffər oğlu Məmmədov 1976-ci ilin dekabr ayının 24-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub. O, əslən Tovuz rayonundandır.

Ayaz həkim, 1993-ci ildə Bakı şəhərində orta məktəbi, 1998 ci ildə isə Azərbaycan Dövlət Tibb Univer sitetini bitrib. О, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib. mayor Ayaz həkim bir cox Xarici Ölkələrdə və Azərbaycan

Respublikasında dəfələrlə həkimlərin təkmilləş mə institunda və ixtisasartırma kurslar ında olub.

Ayaz həkim 1998 – 2012-ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərmanov rayonlar ında yerləşən hərbi hissələrin (hərbi hospitalın) cərrahiyyə şöbəsində baş ordinator, 2013 – 2014 cü illərdə isə Xüsusi Dövlət Mühafizə Xidmətində müxtəlif hərbi həkim vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.

Ayaz həkim, Xüsusi Mühafizə Dövlət Xidmətindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra öz ixtisası üzrə Bakı şəhəri Sabuncu rayonunun ərazisində yerləşən plastik və rekonstruktiv cərrah iyyə klinkasının baş həkimi vəzfəsində işləyir.

Ayaz Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzim ləyən normativ hüquqi aktların, Hərbi andın, hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələbləri nin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.

Hərbi və həkim yoldaşları Ayaz həkimi vətənpərvər, xeyirxah, qorxmaz, səxavətli, əliacıq insanpərvər və zəhmətkeş həkim kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və işlədiyi mühitdə, istərsə də dost - tanış , qohum - əqraba, qonşu, ünisiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailənin arasında özünə böyük hörmət qazanıb.

Yüksək insani keyfiyyətləri ilə və kamil həkimlik peşəsinə qadir Ayaz həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiy yətləri göstərdiyinə, döyüş,ictimai siyasi və ixtisashazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və bir peşəkər həkim kimi, nümunəvi xidmətinə görə DİN-in, Daxili Qoşunlar Komandanın və onun müavinlər inin, Xüsusi Dövlət Mühafizə Xidmət rəisinin və hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə yubiley və döş nişanları ilə təltif olunub,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

3.”Qusursuz xidmətlə rə görə” 3 -cü dərəcəli medal-Silahlı Qüvvə lərdə 10 təqvim ili xidmətə görə.

AYAZ HƏKİM YENİ YAŞIN MÜBARƏK OLSUN !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTI DAN, BƏDBİNLİK DƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Res pubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı

Polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages