Təbrik:Mayor Mərdan Hüseyinli -59



İnsan üçün ən yaddaqalan günlərdən biri də  onun doğum günüdür.Yaşın üstə  yaş  gələndə insan daha da kamilləşir. Belə insanlardan   biri də Daxili işlər  nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, Azərbaycan Respublikasının müharibə veteranı, jurnalistlər və yazıçılar birliyinin üzvü, qızıl qələm   mükafatı laureatı- istefada olan mayor Mərdan Hüseynlidir  (Hüseynovdur ). Noyabr ayının 1-də onun 59  yaşı  tamam olur.Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan-mayor Mərdan Hüseyinlini belə bir əlamətdar gün, münasibətilə  Din-in  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömür arzilayırlar.

  

Müharibə veteranı- istefada olan mayorMərdan Hüseyinli (Hüseynov)

1964 -cü ilin noyabr ayının 1-də Tovuz rayonunun  Pələkli kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.


Mərdan Hüseyinli Baki Dövlət  Ünversitetinin «Filologiya»fakultəsini ,Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. İxtisasna uyğun  müxtəlif  mətubat orqanlarında işləyib. 1993-cü ilin yanvar  ayından etibarən Daxili İşlər Nazirliyinin Daxili  Qoşunların Baş İdarəsində «Əsgər » qazetində müxbür və məsul katib vəzifələrində xidmət edib.

     Mərdan Hüseyinli təhsildə  və həyatda qazandığı ən məhsuldar bilik və baçarığını xalqımızın və dövlətimizin xeyirinə əsirgəməmiş ,öz vətənpərvər şeir və yazılarında hərbiçiləri qələbəyə  ruhlandırmışdır. Məhz ön cəbhədə qaynar nöqtələrdən  hazırladığı uğurlu yazılarna  görə Qızıl qələm mükafatına layiq görülmüşdür.

  Mərdan Hüseyinli «Azərbaycan Ordusu » və»Sərhəd » qazetləri redaksiyaları ilə sıx əməkdaşlıq  etmiş, ön cəbhədən hazırladığı məqalə və reportajları  Azərbaycan Radiosunun  hərbi vətənpərvərlik verlişlərində səsləndirmək  gənclərə yüksək vətənpərvərlik  hissi aşılamışdır. O, öz şəxsi nüfuzu və yaxşı dost yaradıcı heyətin köməkliyi ilə, maddi və texniki vasitələrin çatışmazlğı  səbəbindən «Əsgər «qəzetinin bağlanması  təhlükəsinin qarşısını ala bilmişdir. 

O, həmişə düşmənə qarşı son uğurlu əməliyyatlara qədərki, dövurlərdə, belə öz  yaradıcılığında  Silahll Quvvələrin Ali Baş Komandanımızın   qətiyyətli  rəhbərliyi və xilaskar ordu quruculuğumuza, böyük  və qəti qələbəmizə  yenilməz inamını xüsusi nikbinliklə  tərənnüm etmişdir. Budur  xalqımızın  bu, yüksək  inamı nəticəsində   düşmənlər üzərində  öz möhtəşəm qələbəmizə qovuşduq .

Böyük  rus yazıçısı A.Fadeyev yaradıcı insanların -şair, rəssam,  bəstəkarların   ömürlərini  hər iki tərəfi yanan şama bənzədərək : » Bu cür insanlar öz ömürləri  iləyanaşı  xalqının  ömüründə  yaşayırlar»,- demişdir. Biz də Mərdan Hüseyinliyə  əbədi yaradıcılıq sevinci arzulayırıq.

     Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxiili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Qanunvericiliklə müəyyən olunmuş  qaydada  Daxili Qoşunlara həvalə olunmuş tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış  məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbi fəlakətlər və başqa fövqaladə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüqüqi rejim tədbirlərinin həyata keçirilməsində ona həvala edilmis vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Müharibə veteranı- istefda olan mayor Mərdan Hüseyinli xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanadığına görə Daxili işlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı döş və yubiley nisanları ilə, pul mükafatları ilə və bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi  fəriqləndiyinə görə Daxili İşlər Nazirinin müvafiq  əmrləri ilə Azərbaycan Respublikasının Prezidenti adından  bir sira medalarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MƏRDAN!

100 (YÜZ) YAŞA SAĞLAM YAŞA!

 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı  polkovnik Salman Musayev





Hiç yorum yok:

Yorum Gönder

Pages