TƏBRİK: TƏVƏKKÜL HÜMBƏTOV - 49



 

 Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün  23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş,  44 günlük vətən müharibəsi iştirakçısı-  ehtiyatda olsn  polkovnik  Hümbətov Təvəkkül Nərman oğlunun  iyul ayının  11 -də  49 yaşı tamam olur.

      

 Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- ehtiyatda olan polkovnik      Hümbətov  Təvəkkül Nərman oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyi Daxili   Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Təvəkkül  qoy yaşının  üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     Polkovnik Təvəkkül Nərman oğlu Hümbətov  1974 -ci  ildə  İyul ayının  11 də  Azərbaycan  Respublikasının    Ucar rayonun  Bərgüşad kəndində zəhmətkeş ailədə anadan olub.

     

1991 - ci ildə  Ucar rayonun  Bərgüşad kənd orta məktəbi,  1996 - cı ildə  Azərbaycan Texniki Universiteti , 1999- cu ildə isə  Daxili Qoşunların Bas İdarəsinin  Xəzər rayonunda yerləşən  təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

    

1998- 2021 ci İllərdə  Daxili Qoşunların Baş İdarəsinin  Binəqədi,  Zaqatala,  Bərdə rayonlarında yerləşən hərbi hissələrində   taqım və böluk  komandiri,  avtomobil və zirehli texnika xidmət rəisi , hərbi hissə komandirinin maddi - texniki təminat xidmətləri üzrə  müavinini , Daxili Qoşunların Bas İdarəsinin  Maddi -Texniki Təminat İdarəsində isə baş zabit  vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib

    Təvəkkül   Hümbətov 44 günlük Vətən Müharibəsində Dağlıq Qarabağ  və onun ətrafında olan ərazilərin azad olunmasında  üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 44 günlük vətən müharibəsi   veteranıdır.

      O,Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində,   yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai  təhlükəsizliyin təmin olunmasında, fövqalədə hallar  və hərbi vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, bədbəxt hadisələrin,yanğınların qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     

Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

       

O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

      Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə döş  və yibiley nişanları ilə təltif olunub, bir cox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:


1."Hərbi xidmlərə görə" medalı ilə ;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yubiley  medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi  (1918- 2008)” yubiley   medalı ilə;

 

4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi  (1918 - 2013)” yubiley medalı ilə;


5."Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi (1918 -2018)” medalı ilə;


6."Qüsursuz xidmətə görə" 

3 - cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

 8."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  TƏVƏKKÜL!!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 

BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


Azərbaycan Reslubilkasının Silahlı Qüvvələri və müharibə   veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages