Penitensiar xidmət DİN-lə birgə əməliyyat keçirdi



Suraxanıda əl qumbarası və partladıcı aşkar edildi.

 Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində hazırda 17 saylı cəzaçəkmə müəsisəsində saxlanılan məhkum Məmmədov Allahverdi Nuriddin oğlunun azadlıqda olarkən Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində gizlətdiyi  bir ədəd əl qumbarası və partladıcısı aşkar edilərək götürülüb. 

Əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages