Cəlilabadda şəhid bulağının açılışı olub


Cəlilabad rayonunda I Qarabağ müharibəsi şəhidi Adil Şahbazovun xatirəsinə həsr olunmuş bulağın açılışı olub.

Muğan bürosunun məlumatına görə, bulaq rayonun Qarazəncir kəndində inşa olunub.

Açılışda şəhidin yaxınları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Qeyd edək ki, şəhid A.Şahbazov 1975-ci ildə Cəlilabadda anadan olub. I Qarabağ müharibəsi zamanı itkin düşüb.



Hiç yorum yok:

Yorum Gönder

Pages