Təbrik: Nəsimi Mahmudov -49



İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə yüksək peşakarlığı, humanistliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi,  sadəliyi və səmimiyəti ilə secilən müharibə veteranı -  Mahmudov Nəsimi Adil oğludur. Ömrünün ən məhsuldar dövrünün  11 ildən çox hissəsini hərbi  xidmətə keçirən Nəsimi Mahmudovun iyun ayının 22 -də  49 yaşı tamam olur.

    

Daimi həyatın bütün imtahanlarından alnı açıq və üzü ağ çıxan  müharibə veteranı Nəsimi Mahmudovu  doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları (AVMVİB) rəhbərliyi,Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları və iş yoldaşları   səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan  möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Nəsimi qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər  bəxş etsin, hər  yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


  Baş caviş  Mahmudov Nəsimi Adil   oğlu 1974-cü ilin iyun ayının 22-də Mingəcevir şəhərində zəhmətkeş ailədə anadan olub.

1991-ci ildə Mingəcevir şəhər orta məktəbi bitirib. 1991- 1995- ci illərdə Daxiıi İşlər Nazirliyin Şirvan (Əlibayramlı ) şəhərində,Nərmanov, Ağdam, Füzuli və  Qaradağ rayonlarında   yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə  iştirak edib, Müharibə veteranıdır. 

1995- 2003- cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qaradağ  rayonunda yerləşən hərbi hissənin (hərbi hospitalın) avtomobil xidmətində  müvafiq vəzifədə Vətənə,  və xalqa sədaqətlə xidmət edib.

Qanunvericiliklə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və  tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 

Hərbi yoldaşları onun vətənpərvər, qorxmaz, səxavətli, zəhmətkeş və tələbkar bir hərbiçi kimi dəyərləndirirlər. Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə,   döyüş və ictimai siyasi hazırlığında hərbi intizamın möhkəmləndirilməsində tabeliyində olan şəxsi heyətə daim diqqət və qayğı göstərdiyinə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin Daxili Qoşunlar  komandanının, hərbi  hissə komandirinin  müvafiq əmrləri ilə bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə,   yubiley nişanları ilə mükafatlandırılmışdır.

Azərbaycan Respublikasının müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanmasında respublikada əmin amanlığın təmin edilməsində, cinayətkarlığa  qarşı  mübarizədə xidməti vəzifələrinin  layiqincə yerinə  yetirdiyinə görə aşağıdakı medallarla təltif olunub:

 1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətinə görə;

2. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991- 2001)” yubileyi medalı ilə.

  Nəsimi  doğum günün mübarək olsun.

  

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin  müavini polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages