Sabirabadda üç gün əvvəl qəzada xəsarət alan sərnişin xəstəxanada ölüb



Sabirabadda üç gün əvvəl qəzada xəsarət alan sərnişin xəstəxanada ölüb.

 Məlumata görə, iyunun 25-də Sabirabad rayonunun Bulduğ kəndində "VAZ 2106" markalı avtomobil traktorla toqquşub.

Nəticədə minik maşınında olan Bulduq kənd sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Tural Vahid oğlu və sürücü, 1977-ci il təvəllüdlü Musayev Ramin İsmət oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan Əliyev Tural Vahid oğlu gecə saatlarında xəstəxsnanın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı araşdırma aparılır

Hiç yorum yok:

Yorum Gönder

Pages