Goranboyda küləyin aşırdığı ağac rabitə xəttinin üzərinə düşüb



Goranboyda müşahidə olunan güclü külək irigövdəli ağaclardan birini aşırıb.

Qərb bürosunun məlumatına görə, külək səbəbindən Goranboy-Qızılhacılı yolunun kənarında yerləşən və 70-ə yaxın yaşı olan “Qovaq” ağacını kökündən çıxarıb.

Nəticədə ağac rabitə xəttinin üzərinə düşüb, telekommunikasiya təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.





Hiç yorum yok:

Yorum Gönder

Pages