Avropa çempionu: "Azərbaycan üçün medal qazanmaq böyük şərəfdir"



"Komanda yoldaşlarımın himnimizi oxuduğunu görmək çox gözəl idi. Ölkəm üçün medal qazanmaq böyük şərəfdir".

Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal əldə edən Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

90 kq-dan yuxarı çəkidə qitə çempionu olan idmançı özünü əla hiss etdiyini bildirib: "Komandaya daha bir qızıl medal qazandırmaq məni çox sevindirdi. Final görüşündən əvvəl məşqçilərimlə taktiki gedişləri müzakirə etmişdim. Sevinirəm ki, sonda hər şey alındı".

Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. 

Hiç yorum yok:

Yorum Gönder

Pages