Qurban Qurbanov müdaxilə etdi: “Qarabağ”ın akademiyasında köklü dəyişikliklər olacaq



“Qarabağ”ın əsas komandasının uğurları nə qədər böyük olsa da, klubun akademiyasında vəziyyət bir o qədər də ürəkaçan deyil.

Bakmiltv. İnfo xəbər verir ki, Premyer Liqada hegemonluğunu davam etdirən Ağdam klubunun komandaları AFFA-nın təşkil etdiyi aşağı yaş çempionatlarında əksərən alt pillələrdə qərarlaşır.

Yaxın gələcəkdə əsas komandaya keçidi reallaşmalı olan əvəzedici heyət futbolçularının yer aldığı “Qarabağ-2” I Divizionda 15 komanda arasında 11-cidir. Vaxtaşırı klubun aşağı yaş komandalarındakı məşq proseslərindən, ümumiyyətlə, akademiyada işin təşkilindən narazılıqlar olur.

Növbəti mövsümdən “Qarabağ”ın akademiyasında müsbət dəyişikliklər olacağı gözlənilir. Etibarlı mənbələrdən

 Bakmiltv. İnfo saytına daxil olan məlumata görə, əsas komandanın baş məşqçisi Qurban Qurbanov akademiyada işlərin təşkilindən narazıdır və təkmilləşdirmələr edilməsini vacib hesab edir. O, növbəti mövsümdən aşağı yaş komandalarına nəzarəti gücləndirəcək.

Bu istiqamətdə atılacaq ilk addım akademiyanın hazırkı texniki direktoru Tacəddin Doğanın postundan göndərilməsidir. Türkiyəli mütəxəssislə müddəti başa çatacaq müqavilə yenilənməyəcək. Hələlik onu kimin əvəz edəcəyi məlum deyil. Klub bu postu əvəzedici komandanın sabiq baş məşqçisi, son olaraq “Səbail”i çalışdırmış Aftandil Hacıyevə həvalə etmək istəsə də, mütəxəssis təklifi geri çevirib. O, Premyer Liqada çalışmaq istədiyini bildirib.

Texniki direktorun dəyişdirilməsindən əlavə, bir neçə komandanın məşqçiləri ilə də yollar ayrılacaq. Klub gələcəyini daha bacarıqlı mütəxəssislərə həvalə etmək niyyətindədir.

Faiq Tahirov

Hiç yorum yok:

Yorum Gönder

Pages