Formula-1”: Bakıda daha bir neçə yol nəqliyyatın hərəkətinə bağlanacaq



Bakıda daha bir neçə yol “Formula-1” üzrə Azərbaycan Qran-prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton baryerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Hiç yorum yok:

Yorum Gönder

Pages