Müəllif: Mübariz Eldar oğlu — “Beyləqan Fatehi Tuz” ləqəbli Vətən Müharibəsi Veteranı
AVMVİB Neftçala rayon şöbə sədri, “Veteran.az” qəzetinin Şirvan–Salyan regional müxbiri
2020-ci ilin 12 iyul tarixi — Azərbaycan hərb tarixində, milli yaddaşda və Vətən sevgisinin ruh salnaməsində unudulmaz iz buraxan bir gündür. Tovuz istiqamətində Ermənistanın növbəti təxribatına qarşı qaldırılan igid səngər nəfəsləri bu tarixdən etibarən sadəcə sərhəd yox, şəhidlik zirvəsi ilə ölçülməyə başladı.
Bu döyüşlər yalnız ərazi mübarizəsi deyildi. Bu, bir xalqın qürur, ruh, məna və mənəviyyat uğrunda ayağa qalxması idi. Bu döyüşlərdə silahlar qədər ruhlar, mərmilər qədər dualar danışırdı. Hər şəhid adı – qaranlıqda parlayan bir ulduz, xalqın qəlbində sönməyən məşəldir. Onlar ölümsüzlük zirvəsinə ucaldılar.
Tovuz şəhidlərinin qısa portretləri
Aşağıda adı çəkilən hər bir şəhidin həyat yolu bir dastandır. Onların adları sıravi statistik göstərici deyil, bu millətin daşlaşmayan ruhunun timsalıdır:
- Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov
- Doğum: 22.02.2002 – Balık kəndi, İsmayıllı
- Şəhadət: 12.07.2020 – Tovuz
- Təltif: “Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)
- Baş əsgər Elşad Dönməz oğlu Məmmədov
- Doğum: 1996 – Ağdam kəndi, Tovuz
- Şəhadət: 12.07.2020
- Ailə: Evli, iki uşaq atası
- Təltif: “Hərbi xidmətlərə görə” medalı
- Çavuş Vüqar Lətif oğlu Sadıqov
- Doğum: 1987 – Yuxarı Göycəli kəndi, Tovuz
- Şəhadət: 12.07.2020
- Təltif: Prezident sərəncamı ilə
- Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov
- Doğum: 1992 – Aşağı Cürəli kəndi
- Şəhadət: 13.07.2020
- Polkovnik İlqar Anzor oğlu Mirzəyev
- Doğum: 1973
- Şəhadət: 14.07.2020
- Dəfn: II Fəxri Xiyaban, 15.07.2020
- Mayor Anar Gülverdi oğlu Novruzov
- Doğum: 1976 – Masallı
- Şəhadət: 14.07.2020
- Mayor Namiq Hajan oğlu Əhmədov
- Doğum: 1984 – Yuxarı Salahlı kəndi
- Şəhadət: 14.07.2020
- General-mayor Polad İsrayıl oğlu Həşimov
- Doğum: 1975
- Şəhadət: 15.07.2020
- Təltif: Azərbaycanın Milli Qəhrəmanı
- Dəfn: II Fəxri Xiyaban
- Əsgər Elçin Arif oğlu Mustafazadə
- Doğum: 1992 – Həsənsu kəndi
- Şəhadət: 14.07.2020
- Gizir İlqar Ayaz oğlu Zeynallı
- Doğum: 1995 – Cəlilli kəndi
- Şəhadət: 15.07.2020
- Gizir Yaşar Vasif oğlu Babayev
- Doğum: 1987 – Köçəsgər kəndi
- Şəhadət: 15.07.2020
- Əsgər Nazim Əfqan oğlu İsmayıllov
- Doğum: 1996 – Kolxəlfəli kəndi
- Şəhadət: 16.07.2020
Xatirə ziyarəti və dua anı
2025-ci ilin 12 iyul Anım Günü münasibətilə AVMVİB Neftçala rayon şöbəsinin sədri Mübariz Eldar oğlu, müavinlər Məmməd Əhmədov, Rahim Manafov və ağsaqqal üzv Sabir Mirzəyev Pirətavan qəbiristanlığındakı Şəhidlər məzarlığını ziyarət etdilər. Şəhid anaları və ataları ilə görüş keçirildi. AVMVİB-nin sədri Füzuli Rzaqulyevin adından şəhid ailələrinə sədaqət və dəstək mesajı çatdırıldı. Mərasim Qurani-Kərim tilavəti və dualarla davam etdirildi.
Şəhidlik — yalnız ölümə qalib gəlmək deyil, ruhunu əbədiyyətə yazmaqdır. Onlar bu dünyadan köçsə də, qoyduqları iz – Vətənin qan yaddaşında və xalqın dualarında yaşayır. Onlar bizim tariximiz deyil — gələcəyimizin müqəddəs təməlləridir.
Yazar: Mübariz Eldar oğlu
AVMVİB Neftçala rayon şöbə sədri
“Veteran.az” qəzetinin Şirvan–Salyan regional müxbiri



Hiç yorum yok:
Yorum Gönder