Təbrik:Polkovnik Rəsul Vəliyev- 57



Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında  öz dəst-xətti və xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti, xeyirxahlığı, işgüzarlığı iradi və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, hörmətli veteranımız - ehtiyatda olan polkovnik Rəsul Vəliyevin  iyul ayının  5 – də dünya göz açdığı gündür.


Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan  Respublikasının Silahlı qüvvələri  veteranı və müharibə veteranı- ehtiyatda olan polkovnik Vəliyev Rəsul Həmid oğlunu doğum günü münasibətilə  Daxili  İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, yaxınları,iş və döyüş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəsul müəllim qoy yaşınızın  üstə gələn bu yaşda  sizə sevinc dolu illər bəxş etsin və hər yeni günn isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Polkovnik Vəliyev Rəsul Həmid oğlu 1968-ci ilin iyul ayının 5-də  Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kəndində zəhmətkeş bir ailədə anadan olub.Rəsul Vəliyevin qardaşı   Azərbaycan Respublikasının müharibə veteranı istefada olan kapitan  Vəliyev Mübariz Həmid oğlu 1976-1997-ci illərdə  SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər  Nazirliyinin  zabitlər birliyinin üzvləri,Daxili Qoşunların hərbi hissələrində və Daxili Qoşunların Bas İdarəsinin  döyüş hazırlığı idarəsində   müxtəlif vəzifələrdə xidmət edib.


Rəsul Vəliyev  1985-ci ildə  Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kənd orta məktəbi, 1996-cı ildə Tbilisi şəhərində Cavaxanaşvili adına Dövlət Universitetinin hüquq fakultəsini bitirib.Rəsul Vəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim - metodiki toplanışlarda, xüsusi və taktiki-sıra məşğələlində, təlimlərində, komanda qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.


1976- 1978 -ci illərdə Sovet ordusunun Vladikafkazda və Əfqanıstanda yerləşən   hərbi hissələrin birində müddətli həquqi hərbi xidmətdə olub.


1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində və Xətai rayonunda yerləşən hərbi hissələrində sürücü -baş təlimatçı, 1992-2015-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin  Sumqayıt şəhərində, Ağdam,   Qaradağ, Nərimanov, Xətai və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, ərzaq və əşya  xidməti rəisi, hərbi hissə komandirinin (hospital rəisinin) maddi-texniki təminat xüdməti üzrə  müavini  vəzifələrində Millətə,dövlətə  vətənə və xalqa sədaqətlə  xidmət edib.


1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Füzuli) rayonları istiqamətində  gedən döyüşlərində iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin və xüsusi yüklərin mühafizə edilməsində,   yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, qəzalar,yanğınlar, bədbəxt hadisələr,  təbii fəlakətlər  və başqa   fövqəladə hallar  habelə, fövqəladə  vəziyyət  və komendat saatı zamanı hüquqi rejimin təmin olunmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Rəsul Vəliyev  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.


Öz xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına, nümunəvi  xidmətlərinə  və səmərəli  fəaliyyətinə görə SSRİ  Müdafiə Nazirinin,Sovet Ordusunun Əfqanıstanda yerləşən hərbi qüvvələrin komandanı,SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin ,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlaçı və   yubiley döş nişanları ilə, dəfələrlə  fəxri fərmanlarla, diplomlarla,qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib. Həmçinin Rəsul Vəliyev Əfqanıstan Respublikasında hərbi xidməti zamanı “Döyüş  xidmətlərinə görə” medalı ilə, “Əfqan Xalqından Təşəkkür” medalı ilə təltif olunmuşdur.


Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezıdentının sərancamına və Daxili İşlər Nazirnin müvafiq əmrlərinə  əsasən  aşağıdakı medallarla təltif olunub:


1."Hərbi 

xidmətlərə görə" medalı ilə;


2."Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı" medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  10 İlliyi (1991-2001)” yubiley  medalı ilə;

4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)”  yubiley   medalı ilə;


5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013)” yubiley medalı ilə;


6."Qüsursuz xidmətə görə 1- ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


8."Qüsursuz xidmətə görə" 3 dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.


RƏSUL  MÜƏLLİM DOĞUM GÜNÜN  MÜBARƏK !!!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


ALLAH HƏR ZAMAN XOŞ GÜNLƏR YAŞATSIN!


Azərbayc Respublikasının Silahlı qüvvələri  veteranı və müharibə  veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages