Təbrik: Polkovnik -leytenant Vüsal Əsədov


 

Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların həyatında öz dəsti- xətti olan, yüksək hərbi peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, xeyirxahlığı, dəqiqliyi, təmkinliyi,zəhmətkeşliyi,insanpərvərliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş- ehtiyatda olan polkovnik- leytenant Əsədov  Vüsal Rəşid oğlunun   iyul ayının 9-da doğum  günüdür.

   

Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan -ehtiyatda olan polkovnik- leytenant  Vüsal  Əsədovu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər  birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri,doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vüsal hər yeni yaşın  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə sizi  istəklərinə qovuşduraraq  dahada xoşbəxt etsin.

   

 Polkovnik- leytenant  Əsədov  Vüsal Rəşid oğlu  1981 -ci ilin  iyul ayının  9 -da Azərbaycan Respublikasının   Yevlax rayonunda  zəhmətkeş bir ailədə anadan olub.

1998- ci ildə Yevlax şəhərində İnternet  məktəbi,  2002- ci ildə   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini ( BAÜKM) və   Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən  təlim-tədris  mərkəzində zabitlərin ixtisasartıra kürsünü  bitirib. Vüsal Türkiyə  Jandarma  Qüvvələrində bir sıra təhkimləşdirmə  kurslarda eləcə də, hərbi təcürbə mübadiləsi əldə etmək üçün  xarici ölkələrdə işgüzar səfərlərdə olub.

2002- 2025-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  hərbi  hissələrində müxtəlif vəzifələrdə  Millətə, vətənə, dövlətə və xalqa  sədaqətlə xidmət  edib.

Polkovnik-  leytenant  Vüsal Əsədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, daxili qoşunların  döyüş xidməti nizamnamələriin və  Hərbi qulluqçuların  Etik Davranış  Kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara daima       

nümunə olmuşdur.


Vüsal Rəşid  oğlu Əsədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki  toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, hərbi və  xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində,  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.


Polkovnik-leytenant   V.Əsədov  həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub. 

Qanunvericiliklə müəyyən olunmuş qaydada  DİN-in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,   yaşayış məntəqələrində   kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, dövlət əhmiyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat anbarların və hərbi şəhərciklərin mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasıda və ictimai təhlükəsizliyin təmin edilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə halar, habelə fövqalədə vəziyyət və komendant saatı  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, bölgələrdə  aparılan antiterror əməliyyatlarında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, idman sahəsində, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı , yubiley  və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub,  bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində,ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  polkovnik – leytenant Əsədov  Vüsal Rəşid oğlu aşağıdakı medallarla təltif olunub:


“Hərbi xidmətlərə görə” medalı ilə;


2.“ Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;



3.“Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley  medalı ilə;


4.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918- 2008)” yubley medalı ilə;


5. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi  (1918- 2013)”  yubiley   medalı ilə;


5.“Qüsursuz  xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə;


6. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;


7 .“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-  Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


Hərbi yoldaşları  Vüsal  Əsədovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. 

V. Əsədov  istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə   dost -  tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VÜSAL!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


 Azərbaycan  Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages