Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək hərbi peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, xeyirxahlığı, dəqiqliyi, təmkinliyi,zəhmətkeşliyi,insanpərvərliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş- ehtiyatda olan mayor Şahrəliyev Füzuli Zahid oğlunun iyul ayının 10-da doğum günüdür.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan – ehtiyatda olan mayor Şahrəiyev Füzuli Zahid oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Füzuli hər yeni yaşın sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq dahada xoşbəxt etsin.
Mayor Şahrəliyev Füzuli Zahid oğlu iyul ayının 10-da Azərbaycan Respublikasının Göygöl rayonun Şəhriyar kəndində zəhmətkeş bir ailədə anadan olub.
2001-ci ildə Göygöl rayonun Şəhriyar kənd orta məktəbi, 2008- ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının orta ixtisas məktəbini bitirib.
2002-2004-ci illərdə Daxil İşlər Nazirliyi Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub.
2004- 2025-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində və orta ixtisas məktəbində müxtəlif vəzifələrdə Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Mayor Füzuli Şahrəliyev Daxili Qoşunlarda xidmət etdiyi dövürlədə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, daxili qoşunların döyüş xidməti nizamnamələriin və Hərbi qulluqçuların Etik Davranış Kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara daima
nümunə olmuşdur.
Füzuli Zahid oğlu Şəhrəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində, bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Mayor Füzuli Şahrəliyev həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, dövlət əhmiyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat anbarların və hərbi şəhərciklərin mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasıda və ictimai təhlükəsizliyin təmin edilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə halar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində Füzuli Şahrəliyev üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, idman sahəsində, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı , yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində,ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə mayor Şahrəliyev Füzuli Zahid oğlu aşağıdakı medallarla təltif olunub:
1.“Hərbi xidmətlərə görə “ medalı ilə;
2.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918- 2008)” yubley medalı ilə;
3. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə;
4.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Hərbi yoldaşları Füzuli Şəhrəliyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər.
Mayor Füzuli Şahrəliyev istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FÜZULİ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder