Təbrik: Aydın Abdullayev — 66


Bu gün daha bir silahdaşımızın — AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin doğum günüdür.

Hər zaman humanistliyi və sadəliyi ilə seçilən sadə insan, Vətən müharibəsi veteranı, «Azərbaycan Bayrağı» ordenli istefada olan mayor Aydın Abdullayevin dünyaya göz açdığı gündür — iyul ayının 3-də onun 66 yaşı tamam olur.

Aydın Abdullayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəaliyyətində göstərdiyi yüksək fəallıq, təşəbbüskarlıq və ictimai işlərə verdiyi töhfələrlə hər zaman seçilmişdir. O, təkcə təşkilatın daxili tədbirlərində deyil, eyni zamanda vətənpərvərlik ruhunun təbliğində, gənc nəslin vətənə sevgi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında da fəal iştirak etmişdir. Aydın Abdullayevin bu səmərəli fəaliyyəti, fədakarlığı və məsuliyyətli yanaşması Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmiş və o, bu xidmətlərinə görə təşkilatın Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin rəhbərliyi, səbəbkarın yaxınları və doğmaları, iş və döyüş yoldaşları, dostları Aydın Abdullayevi təbrik edir, ona cansağlığı, uzun ömür, işlərində nailiyyətlər arzulayır.

AVMVİB Mətbuat xidməti

2024-07-03-165448

frt-1

Hiç yorum yok:

Yorum Gönder

Pages