Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi


Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakmiltv.info Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Cinayət işi üzrə iki nəfər zərərçəkmiş var.

Belə ki, təqsirləndirilən B.Yusifov zərərçəkmiş Cavid Mehralıyevə qardaşı Yaşar Mehralıyevi prokurorluq orqanında texniki işçi kimi işə düzəltdirəcəyi vədini verib. O buna görə C.Mehralıyevdən ümumilikdə 59 min manat pul alıb.

Bundan başqa, B.Yusifov Y.Mehralıyevin hərbi biletində yararsız qeydini yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini verib. O buna görə həmin şəxsin ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihama görə, B.Yusifov həmin şəxslərə özünü Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qohumu kimi təqdim edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages