Nicat Həşimzadə yazır:

Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız çirk içində idi. Su çətinliklə tapılırdı. Qar suyu ilə paltar yuyurduq. Bir polkovnik leytenant bizi danlayırdı. 
Komandirimiz Polad Həşimov əsəbiləşdi və dedi: 
 Mənim əsgərimi məndən başqa heç kim danlaya bilməz. 
Sözünüz varsa mənə deyin. Mənim əsgərlərim paltar yumağa su tapmır. İçməli su gətirmək üçün sinəyə qədər qarı tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər 30-40litr su ilə geri qayıdır. Mənim əsgərlərim isti kabinetlərdə xidmət etmirlər, cənab polkovnik..

ŞƏHİDLİYİN POLAD ZİRVƏSİ
 (General-mayor Polad Həşimov xatirələrdə ) kitabından.

Hiç yorum yok:

Yorum Gönder

Pages