Mən, fərd olaraq Rusiya və Azərbaycan dövlətləri arasında işgüzar əlaqələrin tərəfdarıyam. Çünki, Rusiya kimi dövlətlə düşmənçilik bizə yaraşmaz. Ancaq mən, nə 20 Yanvar faciəsini, nə Xocalı soyqırımını, nədə ruslar tərəfindən azərbaycanlılara qarşı törədilən digər faciələri unutmuram. 2024-cü il dekabrın 25-də "Azal" Şirkətinə məxsus təyyarənin vurulması, sərnişinlərin böyük əksəriyyətinin faciəli şəkildə həlak olmalarına görə Rusiya Federasiyasının Rəhbərliyi məsuliyyət daşıyır.
2025-ci il iyun ayının 29 və 30-u tarixlərində Rusiyanın Yekaterinburq şəhərində, həmçinin, Voronej vilayətində azərbaycanlılara qarşı aparılan xüsusi əməliyyat və insan ölümündən sonra Azərbaycan tərəfi hərəkətə keçdi.İyunun 29-da Azərbaycanın hüquq - mühafizə orqanları Rusiyanın "Sputnik" Tele-kanalının Bakı ofisində xüsusi əməliyyat keçirdi.Həmçinin, DİN əməkdaşları internet sahəsində fəaliyyət göstərən dələduz Rusiya vətəndaşlarını və narkoticarətlə(?)məşğul olan Rusiya vətəndaşlarını həbs etdilər. Vətəndaş olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarını alqışlayıram. Ancaq, sual yaranır:niyə, iş-işdən keçəndən sonra? Bu gecikmiş əməliyyata görə aidiyyəti orqanların rəhbərlərini qınayıram.
Bir daha xatırladıram, Rusiya ərazisində 3 milyona yaxın azərbaycanlının yaşadığını nəzərə alsaq, diplomatik kanallarla prosesin dayandırılmasına tərəfdaram.Həmçinin, təklif edirəm, Azərbaycanda fəaliyyət göstərən rus dilli məktəblərin Azərbaycan dilli məktəblərlə əvəzlənməsinin vaxtıdır.
Şamil Sabiroğlu, jurnalist.
Hiç yorum yok:
Yorum Gönder