Bakıda partlayış baş verən kinostudiyanın anbarından nələr tapıldı?


İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində baş vermiş yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır.

Bakmiltv.info xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə məlumat yayıb.

Kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qrupları cəlb olunub və hadisə yerində baxış keçirilib.

Əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində baxış, FHN və ANAMA-nın əməkdaşları tərəfindən isə ərazidə zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages