AVMVİB Zəngilan rayon şöbəsi Azərbaycan Polisinin 107-ci ildönümünə həsr olunmuş tədbirdə


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvləri Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə keçirilən tədbirdə fəal iştirak ediblər. Tədbir Zəngilan rayon Mədəniyyət evində, Zəngilan rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə yüksək səviyyədə reallaşıb.

Tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, İcra Hakimiyyətinin şöbə müdirləri, rayon güc strukturlarının rəisləri, QHT rayon şöbələrinin rəhbərləri və üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və Rayon Polis Şöbəsinin şəxsi heyəti iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.

Zəngilan rayon Polis Şöbəsinin rəisi Bəkir Cabbarov çıxış edərək Azərbaycan Polisinin yaranması günü münasibətilə hamını təbrik etdi və polisin keçdiyi şərəfli yol barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxışında 107 il öncə yaradılmış və bu gün də öz xidmətini şərəflə davam etdirən Azərbaycan Polisinin fəaliyyətindən, qazandığı uğurlardan danışıb.

Tədbirin son hissəsində isə mədəniyyət xadimlərinə söz verildi. Vasif Məhərrəmli, Mirələm Mirələmov, Tural Salmanov, Məlahət Zəngilanlı və Musa-Təranə cütlüyü vətənpərvər mahnılarla tədbir iştirakçılarını ruhlandırıb.

Qeyd edək ki, bu cür tədbirlər Azərbaycanın təhlükəsizliyinə xidmət edən polislərin əzmkarlığını, cəmiyyətlə bağlılığını və vətənə bağlılığını bir daha təsdiq edir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-07-03-at-14-15-53

Whats-App-Image-2025-07-03-at-14-15-53-1

Whats-App-Image-2025-07-03-at-14-16-09

Whats-App-Image-2025-07-03-at-14-16-52

Whats-App-Image-2025-07-03-at-14-14-59

Whats-App-Image-2025-07-03-at-14-14-59-1

Whats-App-Image-2025-07-03-at-14-15-00

Whats-App-Image-2025-07-03-at-14-15-00-1

Whats-App-Image-2025-07-03-at-14-15-00-2

Whats-App-Image-2025-07-03-at-14-15-00-3

Whats-App-Image-2025-07-03-at-14-15-00-4

 Baxış sayı: 151
Bu xəbəri paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Pages