Xeyirxah insan Mahirə Əsədovanın doğum günüdür!




İyunun 2-i Azərbaycan Respublikası "Yeni Yurd" ictimai birliyinin sədri, xeyirxah insan Mahirə Sahid qızı Əsədovanın doğum günüdür. Mahirə xanımın valideynləri Şabran rayonu Dağ Bilici kəndinin yetirmələridir. Atası Sahid əmi uzun müddət pedaqoji sahədə çalışıb(ruhu şad olsun.Amin). Anası Qəribcan xala evdar xanım olaraq övladlarının təlim-tərbiyəsi ilə məşğul olub. 
Mahirə Əsədova hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, bu sahədə əldə etdiyi qazancın bir hissəsini xeyriyyə işlərinə həsr edir. Mən şahidəm ki,  M.Əsədova milli vətənpərvərlik ruhunda nəşr edilən bir çox sənədli film və kitablara maliyyə dəstəyi ayırıb. Ağdam rayonunda inşa ediləcək 3 subartezian quyusuna maliyyə köməyi göstərib, 2 subartezian quyusunun əsaslı təmirinə kömək edib.
Milli Məclisin sabiq deputatı, mərhumə Qənirə Paşayevanın təşkilatçılığı, xeyirxah insan, Hacıxanım Mahirə Əsədovanın maliyyə dəstəyi ilə Türkiyənin Bolu şəhərində "Qarabağ" istirahət parkı və Xarıbülbül abidəsi istifadəyə verilib. Mən, son 15 ildə dəfələrlə Mahirə Əsədova ilə birlikdə Müdafiə Nazirliyinin ön xətdəki hərbi hissələrinə səfərlər təşkil etmişəm.Mahirə xanım yeganə övladı Nurəli ilə birgə ön xətdə xidmət edən zabit, gizir və əsgərlərin qonağı olub.Təbii ki o, hərbi hissələrə əliboş getməyib.
İyunun 2-i dəyərli insan, Hacı xanım Mahirə Əsədovanın doğum günüdür.Mən, qurucusu olduğum "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları adından, həmçinin, öz adımdan Mahirə Əsədovanı təbrik edirəm. Etdiyin savab əməllər çiyinlətinə yazılsın, bacım. Allah dərgahında daim əziz olasan. Doğum günün mübarək olsun.

Şəkildə:xanım Mahirə Əsədova (solda) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, Professor, xanım Mahirə Hüseynova (sağda).

Hörmətlə,
Şamil Sabiroğlu, jurnallist,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu.

Bakı şəhəri, 02.06.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages