Təbrik:Mayor Suleyman Nuriyev-73



Daxili İşlər Nazirliyi  Daxili Qoşunların  həyatında öz dəst  xətti və xüsusi xidmətləri olan,yüksək  peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi,  sadəliyi,səmimiyyəti, dəqiqliyi, təmkinliyi vəqayğıkeşliyi, insanpərvərliyi, iradi və  mənəvi keyfiyyə4ləri  ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 29 -ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı və müharibə veteranı, dəyərli  veteranımız  -istefada olan mayor Nuruyev Süleyman  Ağaqasım oğlunun iyun ayının  3 -də 73 yaşı tamam olur.


Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  Azərbaycan Respubilkasının Silahlı qüvvələri  veteranı müharibə veteranı istefada olan Mayor Nuriyev Suleyman Ağaqasım oğlunu doğum günü münasibəti ilə Daxili  İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləriəzizləri,  doğmaları,iş və döyüşcü yoldaşları

səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda   insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Suleyman müəllim  qoy  hər yeni yaşnız sizə sevinc dölü illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.


Nuriyev Suleyman Ağaqasım oğlu  1952- ci illin  iyun ayının  3- də Bakı şəhərində zəhmətkeş  bir ailədə  anadan olub.

Suleyman  Nuriyev Bakı şəhəirində Bülbül adına xüsusi orta  müsiqi məktəbini,  İncəsənət Dil və Ədəbiyyat institutunu, Tiflis şəhərində isə  DİN- in Daxili Qoşunların  Gizirlər məktəbini bitirib.

1974 – 1976- cı illərdə Süleyman Nuriyev  SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların  UFA- da ( Başqırstanda) yerləşən hərbi hissələrin  birində müddətli həqiqi hərbi xidmətə olub.


1977-  1991  cü illərdə  SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Tiflis və Bakı şəhərində yerləşən divizyalarının Bakı şəhər Nizami rayonunda yerləşən konvoy- mühafizə alayında  nəzarətçi və məxfi hissə rəisi vəzifələrində işləyib.

 

1992 - 2003 

- cü illərdə  Daxili Qoşunların Bas İdarəsinin  Kadırlar şöbəsində bölmə rəisi vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib 


Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxil işlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , mühafizə  olunan mühüm dövlət obyektlərin, islah-əmək müəssisələrin mühafizə olunmasında,daxili işlər orqanları ilə  birlikdə şəhərlərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin  keçirilmə yerlərində patrul-post xidməti vasitəsi  ilə ictimai asayişin qorumasında və ictimai təhlükəsizliyin təmin olunmasında,   yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşlsının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,  axtarışda olan  şəxslərin axtarılmasında və  zərərsizləşdirilməsində,qəzalar, yanğınlar, bədbəxt hadissələr, təbbi fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqapədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmaslndə  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

S.Nuriyev Azərbaycan Ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə, Zəngilan və Füzuli rayonları istiqamətində gedən  döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Zəngilan rayonunun  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə azğın düşmənə layiqli zərbə vurulmasında Süleyman  Nuriyev daim öndə  olmuşdur.O, Azərbaycan Respublikasının müharibə veteranıdır.

S.Nuriyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, hərbi və  daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bur çox hərbi qulluqculara şəxsi  nümunə olmuşdur.

Suleman Nuriyev bir çox təlim- metodiki- toplanışlarda, müvafiq ixtisasartırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.

Hərbi və döyüşcü yoldaşları Suleymanı  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış, qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

Öz  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək  göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı   və yubiuley doş nisanları ilə, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

 1.Azəebaycan Respubilkası Silahlı Qüvvələr Veteranı” medalı ilə;

2.SSRİ Silahlı Qüvvələrinin 70- illiyi ( 1918- 1988)” yubiley medalı ilə;

3.  “Azərbaycan Respubilkasnın  Silahlı Qüvvələrinin  10 illiyi ( 1991- 2001) yubiley  medalı ilə;

4.Qüsursuz xidmətə görə” 1 -ci  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

5.Qüsursuz  xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

5.Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SÜLEYMAN MÜƏLLİM:

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və   müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages