Təbrik:Kapitan Zabit Cəfərov-70: Şərəfli ömür yolu



 Daxili İşlər azirliyi (Din-in) Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissənin   həyatında  bir xidmət rəisi kimi öz dəst-xətti olmuş,işgüzarlığı,yüksək intellektual səviyyəsi,

səmimiyyəti, idarəcilik qabiliyyəti, dəqiqliyi,iradi və mənəvi keyfiytləri  ilə seçilən,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Hacıqabul rayon şöbəsinin üzvü, Azərbaycan Respublikasının 

müaribə veteranı -istefada olan kapitan Cəfərov Zabit Həsən oğlunun iyun ayının 20-də dünyaya göz acdığı gündür.


Belə bir əlamətdar gün münasibətilə daimi həyatın  imtahanlarından  alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- kapitan Cəfərov Zabit  Həsən oğlunu Daxili  İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, iş və döyüşcü yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda  insan icün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər,Zabit müəllim  qoy yaşnızın üstə gələn bu yaşda  sizə sevincdolu günlər bəxş etsin.

 Kapitan Cəfərov Zabit  Həsən oğlu 1955 - ci ilın iyun ayının 20- də Azərbaycan Respublikasının Hacıqabul rayonunda zəhmətkeş bir ailədə  anadan olub.

Kapitan Zabit Həsən oğlu Cəfərov Qanunvericiliklə müəyən olunmuş qaydada  Daxili Qoşunlara  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət  obyektlərin, Daxili Qoşunların Hacıqabul rayonda yerləşən  hərbi hissənin  maddi-texniki  və təchizat anbarların mühafizə edilmisində,  yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın   və ictimai təhlükəsuzliyin təmin  edilməsində, cinayətkarlığa qarşı mübarizədə,  axtarışda olan  şəxslərin tutulmasında, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə, fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə və Füzuli rayonları istiqamətində )  gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən gəlmişdir.  

 Kapitan Cəfərov Zabit Həsən oğlu öz xidməti və ictimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə   Azərbaycan Respublikasının  Daxili işlər nazirinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə   döyüş xidməti üzrə, döyüş və ictimai hazırlığı üzrə əlacı döş və yubiley nişanları  ilə bir sıra medallarla təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb, ona təşəkkür  elan edilib.

Zabit  müəllim yubiley günüz mübarək olsun.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages