Daxili İşlər Nazirliyinin (DİN-in zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifəliləri doğmaları,iş və döyüşcü yoldaşları Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü - ehtiyatda olan baş gizir Əliyev Ərəstun Əliağa oğlunu doğum 50 günü münasibətilə səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ərəstun qoy yaşının üstə gən bu yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə qovuşduraraq daha da sizi xoşbəxt etsin.
Azərbaycan Respublikasının müharibə veteranı Əliyev Ərəstun Əliağa oğlu 1974 - cü ilin iyun ayının 27 - də Ağsu rayonunun Carpaqlı kəndində bir zəhmətkeş ailədə anadan olub.
1991-ci ildə Ağsu rayonun Carpaqlı kənd orta məktəbi, 1998 - ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı darəsinin tədris mərkəzini bitrib.
1992- 2009 - cu illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul, Ağdam, Ağdərə, Füzuli, Xətai və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində manqa komandiri, taqım komandiri, yarım qrup komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib."Hərbi xidmətkecmə haqqında" əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən xəstəliyə görə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsindən ehtiyata buraxılıb.
Ə.Əliyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində,bədbəxt hadusələrin,qəzaların,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, tədris mərkəz rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə əlacı və yubiley döş nişanları ilə ,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Ərəstun Əliyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Hərbı xidmətdə fərqlənməyə görə"- 3 dərəcəli medal ilə,
2."Vətən Uğrunda " medalı ilə,
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin10 illiyi (1991- 2001)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
5."Qüsursuz xidmətə görə" 2 dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
6."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
7. " Böyük Zəfər" medali ilə;
8."Milli Ordunun 100 illiyi (1918- 2018)” yubiley medalı ilə.
9.”Müharibə Veteranı” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏRƏSTUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycann Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder