Təbrik: Polkovnik İlham Babayev-55



Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əsgər  qəzetinin,Daxili  İşlər Nazirliyinin isə  mətbuat xidmətinin həyatında öz dəst - xətti  və xüsusi xidmətləri  olan,yüksək  peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,sadəliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,işgüzarlığı, səmərəli fəaliyyəti, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan  Respublikasının müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin fəal üzvü- ehtiyatda olan polis polkovniki  Bab  İlham Sultan oğlunun   iyun ayının 26- da  55 yaşı tamam oldu.

İlham Sultan oğlu  Babayev 1970 -ci ilin iyun ayının 26-da Quba  rayonunda  zəhmətkeş bir ailədə anadan olub.

İ.Babayev 1987-ci ildə Quba rayon 4 nömrəli orta məktəbi,1993-cü ildə Bakı  Dövlət Universitetini  bitirib. 

Polkovnik İlham  Babayev 1992-2024-cü illərdə  Daxili İşlər Nazirliyinin (DİN -in) Daxili Qoşunlarının Mətbuat xidmətində  əsgər qəzetinin müxbiri-zabit, Daxili İşlər Nazirliyiinin isə mətbuat xidmətinin baş zabiti,DİN-in mətbuat xidmətinin rəis müavini -şöbə rəisi  vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət edib. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında üzün müddət  şərəfli xidmət yolu keçən  polis  polkovniki İlham Babayev son yaş həddi  ilə təqaüdə  çıxıb. 

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan  Respubilkasının Müharibə veteranı- ehtiyatda olan polis polkovniki  Babaye  İlham Sultan oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının   ehtiyatda və istefada olan zabitləri, kollektivi , onun doğmaları, yaxınları,  iş  və doyüş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İlham müəllim qoy yaşınızın üstə gələn bu yaşda  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.


Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcürbəli zabit, qayğıkeş və xeyirxah insan kimi  göstərən polkovnik  İlham  Babayev  Daxili İşlər Nazirliyin müvafuq strukturlarında  müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın), hərbi, daxili qoşunların döyüş xidməti, daxili işlər nazirliyin isə post patrul xudməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir  çox hərbi qulluqçulara və polis əməkdaşlarına  şəxsi nümunə olmuşdur.

        Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyi Daxili Qoşunlarına, Daxili  İşlər Nazirliyinin mətbuat xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında,  qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə  fövqəladə    vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində,   dövlətətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hərbi və polis yoldaşları  İlham  Babayevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu  və polis əməkdaşı kimi dəyərləndirirlər.İlham müəllim istər təhsil aldıgı,orta və ali təhsil müəssisələrində, istərsə də  xidmət etdiyi və işlədiyi sahədə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi və polis intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət etdiyi dövrlərdə digər xudmətlərinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qoşunlar Komandanın müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı   və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla,fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

İctimai asayişin tımin edilməsində,cinayətkarlığa qarşı mübarizədə,hüquq qaydasının möhkəmləndirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində,  öz  vəzifə borclarının yerinə yetirilməsində polkovnik  İlham Babayev xüsusi  fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Vətən  uğrunda" medalı ilə;


2."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  ilə;


3."Qüsursuz xidmətə görə” 2 -ci  dərəcəli medal  ilə;


4. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə.


 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


55 İLLİK  YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN  İLHAM MÜƏLIİM!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!


Dərin hörmətlə və və ehtiramla, Azərbaycan Respubilkasının  Silahlı qüvvələri  veteranı və müharibə veteranı,  peşəkar  hərbçi  və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages