Azərbaycanın ilk hərbçi tele-operatoru, Polkovnik-leytenant Seyidağa Mövsümlünü oxuculara tanıtmağa ehtiyac yoxdur. O, 1954-cü il avqustun 1-də Bakı şəhərində doğulub.1969-cu ildən Azərbaycan Televiziyasında tele-operator kimi işə başlayıb.
Seyidağa Mövsümlü təpədən dırnağa kimi vətənpərvər insan idi.1992-ci ilin fevral ayının 19-dan etibarən Azərbaycan Müdafiə Nazirliyinin tele-operatoru kimi işə başlamışdı. Onun rəhbərliyi altında Sənədli filmlər kino-tele studiyası yaradılmışdı. Biz Seyidağa müəllimlə birgə Azərbaycan Milli Azadlıq hərəkatında iştirak etmişdik.O, 20 yanvar faciəsinin və Xocalı soyqırımının lentə alınmasında iştirak etmişdir. Ailəli idi, 2 övladı var.
Son vaxtlar Seyidağa müəllim şəkər xəstəliyindən əziyyət çəkirdi.O, 2018-ci il iyun ayının 25-də dünyasını dəyişib.
Ruhu şad olsun. Amin.
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Hiç yorum yok:
Yorum Gönder