Mayor Almaz Quliyevanın həyat yoldaşı professor Mütəllim Abasovun vəfatından bir il ötür.



Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Maddi- texniki təminat idarəsində uzun müddət  Vətənə və xalqa sədaqətlə xidmət etmiş mayor Almaz Quliyevanın həyat yoldaşı, AMEA-nın  akademik Yusif  Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun  baş direktoru Vaqif  Abbasovun  qardaşı Azərbaycan Milli Elmilər Akademiyasının  (AMEA) Neft-Kimya proseslər institutunun baş elmi işcisi, əməkdar müəllim Mütəllim Abbasovun  iyun  ayının 23-də vəfatından bir  il ötür. 


 Qeyd edək  ki, Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 

1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975–1977-ci illərdə Tər-Tər rayonunda "Özbəkistan" kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstituna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakültəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

 1982–1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna  aspiranturaya daxil olmuşdur. 1988-ci ildə "Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985–1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998- 2024-cü illərdə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində orta məktəb şagirdlərinin Beynəlxalq və Dünya olimpiadalarına hazırlayan qrupa rəhbərlik etmişdir. (2008-ci ilədək). 2005-ci ildə "Kimyanın tədrisinin müasirləşdirilməsinin zəruriliyi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.2018-ci ildə "Bitki yağları əsasında yanacaq komponentlərinin katalitik sintezi" mövzusunda doktorluq dissertasiya müdafiə etmiş və 2019-cu ildə təsdiq edilmişdir.

2002- 2024-cü illərdə Azərbaycanda tədris olunan VII–XI siniflər üçün kimya dərsliklərinin müəllifi  olmuşdur ( VII, VIII, siniflər üçün kimya dərsliklərinin müəllifi idi).

2024-cü il 23 iyun tarixində vəfat etmişdir. 

Ailəli idi, iki qızı var.

Əməkdar müəllim,profesor Mütəllim Abbasov qəlblərdə yaşayır və daimi yaşayacaq.

Allah rəhmət eləsin!

Ruhu şad olsun!

 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı  və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev.


Hiç yorum yok:

Yorum Gönder

Pages