Bu gün "Azərbaycan Həqiqətləri Uğrunda"Koalusiyanın Niderlandda yaşayan müəllim,yazıçı Henri Rens və Estoniyadan olan rəssam,"Buta"Azərbaycan Mədəniyyət Mırkızinin rəhbəri Rövşən Nurla görüş keçirilib.


AHU Koalusiyanın sədri,"Qarabağ Əlilləri və Veteranları "İB -n sədri Növrəstə Yusifova qonaqlara Koalisiya haqda qısa məlumat verdi.Koalisiyanln koordinatoru "Vətəndaşların Sosial Rifahı Naminə"İB-n sədri İradə Rizazadə qonaqlar haqda qısa məlumat verərək gələcəkdə onlarla əməkdaşlıq qurub fəaliyyət göstərmək təklifini irəli sürdü.Qonaq olan Henri Rens çıxışında qeyd etdi ki, Azərbaycanda dəfələrlə olub və Qarabağ haqda kitab yazıb,həmin kitabın təqdimatı Azərbaycanda və xaricdə keçirilib.Hal hazırda Xocalı faciəsi haqda kitab yazıb,nəşr ediləcək və təqdimatı Azərbaycanda keçiriləcək.
Estoniyadan olan rəssam Rövşən Nur çıxışında çəkdiyi rəsmlər və Avtopada,müxtəlif ölkələrdə keçirdiyi sərgilər haqda danışdı.Fransada onun Xocalı faciəsinə həsr olunan sərgisi keçirilib və cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb.Eləcə də yaratdığı təşkilat tərəfindən Estoniyada Azərbaycan mədəniyyəti və incəsənətinə həsr olunan tədbirlər keçirib.Hər iki qonaqlar görüş üçün təşəkkür bildirdilər və gələcəkdə AHU Koalisiya ilə əməkdaşllq etmək istəklərini bildirdilər.
Koalisiyanın üzvləri "Vətəndaşların Sosial Rifahı Naminə"İB -n sədr müavini Nədimə Rəhimli,həmin təşkilatın üzvü Gülçöhrə Qənizadə,
"Əlil Qadınlar Cəmiyyətinin "sədri Məhluqə Rəhimova
"Qarabağ Əlilləri və Veteranları"İB-n sədr müavini Sədrəddin İsgəndərov,İdarə heyətinin üzvü Rasim Mehdiyev, "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda"İB -n səxri Firuzə Babayeva, "Qərbi Azərbaycanın Azadlıq təşkilatı"İB sədri Əli Vəliyev, "Müstəqil Həmkarlar İttifaqı"nın sədr müavini Əhməd Rəhmanov çıxış edərək əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürdülər və qonaqlara Azərbaycanın təbliğatına yönələn fəaliyyətlərinə görə təşəkkür etdilər. 
Henri Rensə vı Rövşən Nura İRƏVAN haqda fotoalbom və Qərbi Azərbaycanın Şirin İnciləri kitabı təqdim edildi.

Hiç yorum yok:

Yorum Gönder

Pages