Firdovsi Nurəddin oğlu Atakişiyev
1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Elə həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir.
Onun yaratdığı: Nadir (Anar "Təhminə və Zaur"), Vasif (H.Cavid "İblis"), Fleran (J.B.Molyer "Mnimıy bolnoy"), Orsino (U.Şekspir "12-ci gecə"), Stenli Kovalski (T.Uilyams "Arzu tramvayı") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Lider TV-də "Bakımız" layihəsinin aparıcısı olub
Filmoqrafiya
Tələ (film, 1990)
Yad qızı (film, 1990)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Vahimə (film, 1998)
Dronqo (serial, 2002)
İçəri şəhər (film, 2016)
Hiç yorum yok:
Yorum Gönder