Balakəndə Silahlı Qüvvələr gününə həsr edilən tədbir keçirilib


Balakən rayonunda yaşayan şəhid ailələrinin bir qrupu, həmçinin, qazilər və onların doğmaları 26 iyun-Azərbaycan Silahlı Qüvvələr gününə həsr edilən tədbir keçiriblər.Tədbirdə Ordumuzun qazandığı uğurlardan bəhs olunub. İyunun 25-də öz doğum gününü qeyd edək qazi Vaqif Hümbətova xüsusi hədiyyə təqdim edilib. Daha sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.
Xatırladıram ki, qazi Vaqif Hümbətov I Vətən müharibəsinin iştirakçısıdır. O, Balakən rayonunun Talalar kəndində yaşayır. Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Qax, Zaqatala və Balakən rayonları üzrə Regional şöbəsinin sədridir (ictimai əsaslarla).

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 27.06.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages