Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının və SSRİ Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsinin müvafiq strukturlarında müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş,yüksək peşəkarlığı,işgüzarlığı, insanpərvərliyi, qayğıkeşliyi, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan
mayor Nəbiyev Yaşar Sürət oğlunun bu günlərdə 69 yaşı tamam olub.
Mayor Nəbiyev Yaşar Sürət oğlu 1956-ci ilin may ayının 29-da Göyçay rayonun Yenikənd kəndində zəhmətkeş bir ailədə anadan olub.
1974-cu ildə Göyçay rayonun Yenikənd kənd orta məktəbi,1978-ci ildə Göyçay Kənd təsərrüfatı texnikumunu, 1984-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi dövlət yol polis məktəbini bitrib.
1978-1980- ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1980-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsində, 1992-2000-ci illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət edib.
Yaşar Nəbiyev qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir.
Nəbiyev Yaşar Sürət oğlu öz xidməti vəzifələrini və hərbi hissə (dövlət yol polisi ) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə bir sıra medallarlarla, əlacı döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib.
Nəbiyev Yaşar Sürət oğlunun may ayının 29-da 69 yaşının tamam olması günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri , Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş yoldaşları
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti
arzulayır!
YENİ YAŞIN MÜBARƏK OLSUN YAŞAR!
100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder