30 may 2025- ci il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə II Vətən Müharibəsində qəhrəmancasına həlak olan baş leytenant Cavid Xaliq oğlu Səfərlinin anası Xatirə Səfərli oğlunun əziz xatirəsinə həsr etdiyi “ Şəhid Cavdimin qəhrəmanlıq dastanı” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev , YAP Imişli rayon Təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanları, şəhid ailələri , qazilər, idarə , müəssisə, təşkilat rəhbərləri və əməkdaşları , mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib. Daha sonra vətənimizin ərazi bötüvlüyü uğrunda qəhrəmancasına həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çııxş edənlər şəhid baş leytenant Cavid Xaliq oğlu Səfərlinin keçdiyi çətin və şərəfli döyüş yolundan danışaraq ətraflı məlumat veriblər.
Tədbirdə mədəniyyət işçilərinin ifasında kitabda yer alan şeirlərdən və hekayələrdən hazırlanmış kompozsiyalar tədbir iştiraskçıları tərəfindən rəğbətlə qarşılanıb. Sonda şəhid anası Xatirə Səfərli təşkil olunan tədbirə görə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevə və mədəniyyət işçilərinə öz təşəkürünü bildirmiş və tədbir iştirakçılarına kitablarının təqdim etmişdir.
Hiç yorum yok:
Yorum Gönder