Təbrik: Mayor Aydın Əliyev-77




SSRİ Daxil İşlər orqanlarında, Azərbaycan ordusunda,Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə  xidmət etmiş, peşəkarlığı, işgüzarlığı,insanpərvərliyi, sadəliyi, mənəvi keyfiyyəti, xeyirxahlığı,vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, hörmətli  veteranmız- istefada olan  mayor Əliyev Aydın Cəmil oğlunun   may ayının ayının 20-də doğum günüdür. 


Mayor  Əliyev Aydın Cəmil oğlu 1948-ci ilin may ayının 20-də  Ağdam  rayonunda  zəhmətkeş bir ailədə anadan olub. 

1966-cı ildə Beyləqan rayonunda orta məktəbi, 1983-cü ildə  isə Odessa Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1973-1975-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.

1975-1991-ci illərdə SSRİ Daxili İşlər orqanlarında,1992-1996-cı illərdə isə Azərbaycan ordusunda müxtəlif vəzifələrdə çalışıb.


1997-1999-cu illərdə Daxii  İşlər Nazirliyi Daxili Qoşunlarının  Nərimanov rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin hüquqi işlər üzrə köməkçisi vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib. 

Qanunvericiliklə müəyyən edilmiş qaydada  Azərbaycan ordusuna və Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döüşlərdə  üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

A.Əliyev   öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə,  hərbi və polis  xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ və Azərbaycan Respublikasının  Daxili İşlər  Nazirlərinin, Azərbaycan Respublikasının Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Əliyev Aydın Cəmil oğlunun may ayının 20-də anadan olması  günü münasibətilə, onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,   Daxili. Qoşunların ehtiyatda və istefada olan   zabitləri, onun doğmaları,   əzizləri, yaxınları, hərbçi dostları və iş  yoldaşları
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti
arzulayırlar!


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN   AYDIN !


100 YAŞA SAĞLAM YAŞA.


Azərbaycan Respublikasının Silahlı qüvvələri  veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages