Dövlət Sərhəd Xidmətində, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti, işgüzarlığı, vətənpərvərliyi , qayğıkeşliyi, səmərəli fəaliyyəti, mənəvi keyfiyyəti, idarəçilik və təşkilatçılıq bacarığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətə həsr etmiş hörmətli veteranımız-istefada olan general- mayor Salahov Füzuli Zəbiş oğlunun may ayının 20-də 61 yaşı tamam olur.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri general-mayor Füzuli Salahovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, şəxsi həyatında və ictimai fəaliyyətində yeni -yeni uğurlar arzulayır.
Qeyd edək ki, öz xidməti vəzifələrini, ali hərbi məktəb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə general -mayor Füzuli Salahov “əla xidmətlərə görə” əlacı,yubiley və idman dərəcəsi döş nişanları ilə təltif edilib, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif olunub:
1.“Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri “ Veteranı medalı ilə;
3. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5. “ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
6.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
7.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), 90 illiyi (1918-2008); 95 illiyi (1918- 2013), 100 illiyi (1918-2018)” yubiley medalları ilə.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il və 25 iyun 2018 ci il tarixli sərəncamlarına əsasən general-mayor Füzuli Salahov aşağıdakı medallarla təltif olunub:
“Hərbi xidmətlərə görə” medalı ilə;
“Vətən uğrunda medalı” ilə .
DOĞUM GÜNÜZ MÜBARƏK OLSUN HÖRMƏTLİ GENRAL!
💯 YAŞA VƏ SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder