Təbrik: Kapitan Yafət Həsənov-55



Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş,peşəkarlığı,humanisyliyi,sadəliyi səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Sovet Ordusunda və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş, Azərbaycan Respublikasının 

müharibə  veteranı  -istefada olan kapitan Yafət  Oktay oğlu Həsənovun may ayının 8 -də onun dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı – istefada  olan kapitan Həsənov Yafət Oktay  oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in)  zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzulayır.


Kapitan Həsənov Yafət Oktay oğlu 1970- ci ilin may ayının 8- də Azərbaycan Respublikasının Quba rayonun Yerfi kəndində zəhmətkeş  bir ailədə anadan olub.


1987 -cu ildə Quba rayonun Yerfi kənd orta məktəbi, 1993- cü ildə Quba  şəhər kənd təsərrüfatı texnikumu, 1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində  zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki  toplanışlarda , müvafiq kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda iştirak edib.

1988- 1991 -cü illərdə Sovet Ordusunun Sakit  okeanda yerləşən hərbi dəniz  qüvvələrində müddətli həqiqi hərbi xidmətə olub.1991-ci ildə Qusar və Quba könüllər taborun tərkibində Azərbaycanın ərazi   ütövlüyü uğrunda gedən döyüşlərdə  fəal iştirak edib.

1992- 2005- cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov Ağdam, Füzuli və Xətai  rayonunlarda yerləşən hərbi hissələrində taqım  komandiri, böluk komandirinin müavini və bölük komandiri vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa şərəflə xidmət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvalə olunmuş  vəzifə və tapşırıqların  yerinə yetirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə olunmasında ictimai qaydanın  və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,  yaşayış məntəqələrində  kütləvo iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə  hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla,diplomlarla, qiymətli hədiyyələrlə, əlacı  və yubiley döş  nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yeitrərkən fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezıdentı adından aşağıdakı  medallarla təltif edilib:

1.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalə ilə;

3. “Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4. “Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 

  YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, YAFƏT!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı  və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages