Aktyor, hüquqşünas Əkbər Fərzəliyevin anım günüdür




 Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. “Azərbaycanfilm” kinostudiyasında aktyor (1956-1961) və rejissor assistenti (1960−1961) işləyib. Rusiya istehsalı olan “Al yelkənlər” (1961, rejissor Aleksandr Ptuşko) filmində dalğıc rolunda çəkilib. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib, teatrın rejissoru, Qusar rayon Mədəniyyət evinin direktoru (1965-1970) işləyib. 1966-cı ildə onun rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində “Ləzgi mahnı və rəqs ansamblı” təşkil olunub. 1967-ci ildə onun rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu “Qisas” tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Rejissor kimi 1969-cu ildə “30 qəpiklik cərimə”, “Müqtədir”, 1971-ci ildə “Dağlar şahiddir” tamaşalarına quruluş verib. Uzun illər nəsr və poeziya yaradıcılığına da maraq göstərib. “Pələng”, “Baxışlar”, “Rus qızına”, “Qusarım”, “Hər şeydən şirin”, “Sınaq”, “Gəl barışaq”, “Zalım fələk”, “İntizar” və s. şeirləri var. “İntizar” şeirinə bəstəkar Ruhəngiz Qasımova musiqi bəstələyib və həmin mahnı bu gün də müxtəlif müğənnilərin ifasında səslənir. 1977-ci ildə “Yarımın atası”, 1996-cı ildə “İmam Şamil” əsərlərini səhnəyə qoyub. “İmam Şamil” Şeyx Şamilin anadan olmasının 200 illiyinə həsr edilmişdi və ilk dəfə olaraq Qusar Ləzgi Dram Teatrında oynanılmışdı. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsl alıb (1971), ömrünün sonuna kimi vəkil işləyib. 1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas təyin olunub və 1993-cü ilin sonunadək bu vəzifədə çalışıb. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi, təqaüdə çıxandan sonra Xalq məhkəməsində tərcüməçi işləyib. Əkbər Fərzəliyev 1999-cu ildə vəfat edib.

Filmoqrafiya:
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – aktyor
O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – aktyor (ziyalı)
Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – aktyor (Aydın)
Ögey ana (1958, tammetrajlı bədii film) – aktyor (usta Əbdül)
Əsl dost (1959, tammetrajlı bədii film) – aktyor
Koroğlu (1960, tammetrajlı bədii film) – aktyor (Eyvaz)
Mollanın sərgüzəşti (1960, qısametrajlı bədii film) – aktyor (gənc aqronom)
Bizim küçə (1961, tammetrajlı bədii film) – aktyor (boks üzrə məşqçi)

Hiç yorum yok:

Yorum Gönder

Pages