Təbrik: İlham Rəsulzadə - 49


   



İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.


 Bu bahar təravətli yaz günündə  bakmiltv.info nun təsicisi və icracı direktoru, jurnalist və Azərbaycan Respublikasının müharibə veteranı Rəsulzadə İlham İntiqam oğlunun dünyaya göz açdığı gündür.


Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ cıxan Rəsulzadə İlham İntiqam   oğlunu bu əlamətdar gün münasibəti ilə Azərbaycan Vətən Müharibəs Veteranlar İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin idarə heyətinin üzvləri, bakımltv.info- saytının kollektifi, əzizləri, doğmaları,

iş və döyüşcü yoldaşları səmimi-qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin  nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,  İlham qoy yaşnızın üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

    

 Rəsulzadə İlham İntiqam oğlu  1976 -cı ilin may ayının 4- də Bakı şəhərində ziyalı ailədə anadan olub.

  

 1993- ci ildə  Bakı şəhrində  6 nömrəli   tam orta məktəbi,

1998- ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitrib.  


1991- 1993 - ci illərdə könülu olaraq Azərbaycan Ordusunun tərkibində Azərbabaycan Respubilkasının  ərəzi bütövlüyü uğrunda  gedən döyüşlərdə fəal  iştirak edib və yaralanıb. Azərbaycan Respublikasının müharibə əlilldir.O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020 -ci il 27 sentyabda başlayan vətən müharibəsində hərbi qulluqcularmızın  yanında olaraq, üzərinə düşən vəzifə və tapşrıqların yerinə yetirilməsinə məsuliyyət hissi ilə yanaşmışdır. 


İlham Rəsulzadə 1998- 2005-ci illərdə Azərbaycan   Ordusunun  Bakı şəhərində yerləşən rabitə hərbi hissələrinin

birində müxtəlif vəzifələrdə Millətə, vətənə dövlətə və Xalqa sədaqətlə xidmət edib.

2015- ci ilin may ayının 15 -dən bakmiltv.info nun icracı direktorudur vəzifəsindədir.


 O,Azərbaycan ordusunda  

 xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə Hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    

Öz xidməti  və ictimai vəzifə borclarını yernə yetirərkən  fəriqləndiyinə görə, Müdafiə Nazirinin, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, korpus və briqada komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin eləcə də bir sıra  QHT sədirlərin   əmrləri ilə, müvafiq medallarla, döş nişanları ilə, bir çox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İLHAM !


Dərin hörmətlə və səmimiyyətlə Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages