Mayor Əziz Ağayev əgər yaşasaydı may ayının 5-də 68 yaşı olacaqdı.



   

  Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunların həyatında  müxtəlif  vəzifələrdə xidmət etmiş, peşəkarlığı, xeyirxahlığı, işgüzarlığı humanistliyi, iradı, mənəvi keyfiyyətləri və  səmimiyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı -  olmuş, mayor  Ağayev Əziz  Novruz oğlu əgər yaşasaydı may  ayının  5  - də  68 yaşı tamam olacaqdı.


 Qeyd edək ki,mayor Ağayev Əziz Novruz  oğlu  1957 -ci ilin  may ayının  5- də  Zəngilan rayonunun Genlik kəndində  zəhmətkeş ailədə anadan olmuşdur.

    

1974 -cü ildə Zəngilan şəhər 1 nömrəli  orta məktəbi, 1980 -ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Maqnitoqorski şəhərində İnşaat Müəllimlər İnstitutunu bitirmişdir.Ə.Ağayev

DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib. 


Əziz Ağayev 1980-1992-ci illərdə Bakı şəhər təhsil idarəsində metodist vəzifəsində işləmişdir. 


1992-2006 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissəində  (briqadasında)   mənzil    istismar   xidməti   rəisi

vəzifəsində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

  

Ə.Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur. 


Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmişdir.Azərbaycan Respublikasının nüharibə veteran idi.


Mayor Ağayev Əziz Novruz oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində,  özünü    qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə,  dost - tanış, qohum- əqrəba   arasında özünə layiq hörmət qazanmışdır.


Qanunvericilikilə  müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin  edilməsində yaşayış məntəqələrində  və cəzaçəkmə müəsisaələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa    fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,  cinaətkarlığa qarşı mübarizədə,  dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən   layiqincə gəlmişdir.

     

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında,  hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə təltif edilib, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb  və ona  təşəkkür elan edilmişdir.


Azərbaycan Respublikasının müstəqilliyinin  ,ərazi bütövlüyünün  qorunub saxlanılmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunmuşdur.


1."Qusursuz xidmətə görə " 3- cü dərəcəli medal  - Silahlı Qüvvələrdə - 10 təqvim ili xidmətə görə;


2."Arbaycan Respubilkası Silahlı Qüvvələrinin     10 -illiyi  ( 1991- 2001)”yubiley  medalı ilə;


Heyf ki,2024-cü ilin sentyabr ayının  11-də mayor Əziz Ağayevi itirdik. Lakin  Əziz Ağayev qəlblərdə yaşayır və yaşayacaq.


ALLAH RƏHMƏT ELƏSİN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages