Süleyman Paşa oğlu Nəcəfov aktyor,xalq artisti anım günüdür.




Süleyman Paşa oğlu Nəcəfov 1948-ci ildə anadan olub

S.Nəcəfov 1966-cı ildə Xoreoqrafiya Texnikumunu bitirmişdir. 1972-ci ildən o, Ermənistan Dövlət Rəqs Ansamblında rəqqas (solist) kimi fəaliyyət göstərmişdir.

1976-cı ildən S.Nəcəfov C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində işləyir. Onun bu teatrın səhnəsində yaratdığı Çingiz bəy (H.Cavid,"Maral"), Cena (G.Xuqayev, "Mənim qaynanam"), Oğru (M.B.Marinye,"Oğru"), Ziya Çalaqçı (Əziz Nesin, "Toros canavarı"), Ağamehdi (R.İbrahimbəyov, "Qum üstündə ev"), Tamada (Əli Əmirli, "Müqəddəs Valentin günü"), Kərəməli (Hidayət, "Məhəbbət yaşayır hələ"), Məmiş (Hidayət, "Məni qınamayın"), Səlim, (C.Cabbarlı, "Aydın"), Süleyman, Rza bəy (Ü.Hacıbəyov, "Arşın mal alan", "O olmasın, bu olsun"), Dərviş (M.F.Axundov, "Müsyö Jordan və Məstəli şah"), Təlxək (U.Şekspir, "Axırı xeyir olsun") kimi müxtəlif janrlı obrazlar aktyorun geniş yaradıcılıq diapazonuna malik olduğunu bildirir.

2000-ci ildə S.Nəcəfov Əməkdar Artist, daha sonra Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Novxanı qəbiristanlığında dəfn olunub

Filmoqrafiya
Salur Qazanın evi talandığı boy (film, 2001)
Oyun (film, 2003)
Biz qayıdacağıq (film, 2007)
Cavid ömrü (film, 2007)
Buta (film, 2011)
Mən evə qayıdıram (film, 2014)

Hiç yorum yok:

Yorum Gönder

Pages