Rejissor, aktyor Novruz Axundovun ad günüdür.



Novruz Ağa oğlu Axundov Naxçıvanda anadan olub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Hələ 1918-ci ildə əslən Ermənistandan olan anasının ailəsi təqiblərə məruz qalıb və Qərbi Azərbaycanın Dərələyəz mahalından Şərqi Azərbaycana qovulublar. 1937-ci ildə babası və əmisi repressiyaya məruz qalaraq Azərbaycandan sürgün olunmuşdular. Körpə ikən ailəsi Bakıya köçüb. Onun uşaqlığı, gənclik illəri Pirşağıda keçib. Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb (1962-1967). 1967-ci ildən Azərbaycanfilm kinostudiyasının dublyaj şöbəsində əvvəlcə assistent kimi fəaliyyət göstərib, sonra rejissor olub. 500-ə qədər xarici filmin Azərbaycan dilinə dublyajına rejissorluq edib. Moskvada rejissorluq kurslarını bitirib. “Mozalan” satirik kinojurnalının süjetlərinin əksəriyyətində iştirak edib.

Filmoqrafiya:
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – aktyor (Oqtay)
Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən... (1964, tammetrajlı bədii film, kinoalmanax) – direktor
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (işçi)
İstintaq davam edir (1966, tammetrajlı bədii film) – aktyor (Oqtay)
Ömrün səhifələri (II) – Rəqiblər (1974, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (pivə içən)
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Mirzə bəy)

Hiç yorum yok:

Yorum Gönder

Pages