Ömrünün önəmli bir hissəsini Daxili İşlər Orqanlarında və Azərbaycan Ordusunda xidmətə həsr etmiş, peşəkarlığı,humanistliyi,sadəliyi,vətənpərvərliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, mayor Orucov Cümşüd Aslan oğlu əgər yaşasaydı may ayının 8-də 70 yaşı olacaqdı.
Mayor Orucov Cümşüd Aslan oğlu - 1955-cı ilin may ayının 8-də Qədim Borcalanın-indiki Gürcüstan Respublikasının Bolnisi rayonun Darvaz kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
1972-cı ildə Bolnis rayonunun Darvaz kənd orta məktəbi, 1980-ci ildə isə Ufada SSRİ Daxili İşlər Nazirliyinin zabitlər hazırlayan məktəbi bitirmişdir.
Cümşüd Orucov Daxili İşlər Oranlarında və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində DİN-in və MN-nin müvafiq strukturlarında keçirilən bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Mayor Cümşüd Orucov 1973-1975-ci illərdə Soved Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1978-1992-ci illərdə Daxili işlər Nazirliyinin Tbilisi şəhərində polis nəfəri, Rustavi şəhərində yerləşən cəzaçəkmə müəssisələrin birində isə dəstə rəhbəri vəzifələrində çalışmışdır.
Ernanıstanın Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində Azərbaycanın ərazi bütovlüyü uğrunda müharibə getdiyi bir çox qeyrətli soydaşlarımız kimi kənarda qalmamış, Cümşüd 1992-ci ildə Bakı şəhərinə gələrək, 1992-2001-ci illərdə Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Reaktiv artilleriya briqadasında müxtəlif rəhbər vəzifələrdə Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Cümşüd Orucov qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş zabitdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Mayor Cümşüd Orucov Daxili işlər orqanlarında və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində, SSRİ və Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi (Polis) Andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları və daxili işlər orqanların əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.
C.Orucov ulu öndərin idealarına, dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş zabit kimi tanınmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyin və Azərbaycan Ordusunun müvafiq sturukturlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrdə kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda, hərbi hissə komandirinin siyasi işlər üzrə müavini kimi kuratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirmişdir.
Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Müdafiə Nazirinin, korpus və hərbi hissə komandirinin, cəzaçəkmə müəssiə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə,mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.
Cümşüd Orucovun səmərəli və məqsədyönlü fəaliyyətinin Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin müvafiq strukturlarının rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirldiyinə görə, SSRİ Ali Soveti və möhtərəm Prezidentimizin adından Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin müvafiq əmrləri ilə o, aşağıdakı medallarla təltif olunmuşdur:
1."Qusursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə;
2.“Qusursuz xudmətə görə” 2-ci dərəcəli medal ilə;
3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə;
4. "Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə.
ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder