"Hələ yaşamağa dəyər biraz da..."




Belə bir söz var:"Dostun 100-düsə, azdır, düşmən 1-disə çoxdur!" Lerik rayon Mədəniyyət Evinin məsul əməkdaşı, müğənni İsmayıl Muradxanlı çətin günün dostlarındandır. O, Lerik rayonu Zvand kəndinin yetirməsidir.  İsmayıl müəllim mənim təklifimlə və uzun müddət "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Lerik rayon şöbəsinin sədri vəzifəsində çalışıb (ictimai əsaslarla).
İsmayıl müəllim nümunəvi bir ailənin başçısıdır, zəhmətkeş insandır. 
Aprelin 14-ü dəyərli İsmayıl müəllim növbəti doğum gününü qeyd etdi. Allah-Təala ömrünə bərəkət versin, qardaşım! Ən xoş arzularla növbəti doğum gününü təbrik edirəm. Şair demişkən:"Hələ yaşamağa dəyər biraz da..."
Şəkildə: sağdan sola-tanınmış şair Rüstəm Behrudi və İsmayıl Muradxanlı.

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 15.04.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages